• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1669
— 31.01.2020 15:34

Gənclər günü qeyd olunub

KepezTV Player

Goranboy rayonunda 2 Fevral - Gənclər Günü qeyd olunub. Tədbir iştirakçıları əvvəlcə gənclərin əl işlərindən ibarət sərghi ilə tanış olublar. Gənclər gününün təsis olunmasının önəmindən danışılan tədbirdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb. Gənclər və İdman Nazirliyinin yaradılması, müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 2 fevralın Gənclər Günü elan edilməsi və gənclər siyasəti ilə bağlı dövlət proqramlarının qəbulu böyük qayğının bariz nümunəsi kimi səciyələndirilib. Hazırda Goranboyda əhalinin 30 faizini gənclər təşkil edir. Son illər rayonda gənclərin məşğulluğunun təmin olunması istqiamətində mühüm işlər görülüb. Rayon Gənclər və İdman İdarəsində yaradılan Dövlət Qulluğuna hazırlıq kursunda iştirak edən 40 gənc müxtəlif qurumlarda işlə təmin edilib. Sözügedən kurslarda hazırda 100-ə yaxın gənc iştirak edir. Sonda rayonun ictimai həyatında fərqlənən bir qrup gəncə fəxri fərmanlar və hədiyyələr  təqdim olunub.