• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 918
— 31.01.2020 12:33

Olimpiadanın qalibləri olan şagirdlər də mükafatlandırıldı

KepezTV Player

Gəncə Dövlət Universitetində “2 fevral Gənclər günü”nə həsr olunan dəyirmi masa  keçirilib. Respublikada həyata keçirilən gənclər siyasətinin ölkənin intellektual potensialının inkişafına təkan verdiyinə önəm çəkilən görüşdə Gənclər gününün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd edildiyi vurğulanıb. “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunun qəbul edilməsi dövlət qayğının bariz nümunəsi kimi qiymətləndirilib. Yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması, gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi, eləcə də onların intellektual və fiziki inkişafının təmin olunması üçün hər cür şərait yaradıldığına diqqət çəkilib. Tədbirin gedişində universitetin rektoru Yusif Yusibovun müvafiq əmri ilə idmanın karate növü üzrə Dünya Çempionatının bürünc mükafatçısı Mahir Məmmədov, universitetin ictimai işlərində göstərdikləri fəallığa görə bir qrup tələbə və olimpiadada qalib olan qərb rayonlarının məktəbliləri “Fəxri Fərman”la təltif edilib, hədiyyələrlə mükafatlandırılıblar.