• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3149
— 31.01.2020 11:03

Seat yeni nəsil Leon modelini təqdim edib

Seat şirkəti dördüncü nəsil Leon modelini təqdim edib. Yeni model daha iri ölçülərə, dəyişilən salona, hibrid versiyaya və cəlbedici xarici görünüşə sahib olub.

Leon Golf sinifindəki ən «gənc» model olaraq yer alır və dizaynerlər tanınan və cəsarətli bir imic yaratmağa müvəffəq olublar. Yeni Leon ailəsinin əsas xüsusiyyəti işıq texnikasının cəlbedici formasıdır. Diod fənərlər baza təchizatına daxildirlər. Əlavə ödənişlə Leon modeli matrisa tipli ön fənərlər ilə də təchiz oluna bilər.

Modelin daxili konsepsiyası eyni platformada inşa edildiyi Volkswagen Golf və Skoda Octavia modelləri ilə eynidir: qrafikasının dəyişdirilməsi imkanı olmayan virtual 10.25 düymlük cihazlar paneli standart avadanlığa çevrilib, avtomatik transmissiyanın selektor isə elektron joystiklə əvəzlənib.

Bundan əlavə, baza təchizatına elektromexaniki dayanacaq əyləci, mühərriki işəsalma düyməsi və multimedia sisteminin 8,25 düymlük ekranı daxil edilib. Əlavə ödəniş ilə, Leon modelini 10 düymlük sensorlu displeyi, quraşdırılan SIM kartı, həmçinin səs və jest idarəetmə funksiyaları olan məlumat əyləncə sistemi ilə sifariş etmək mümkündür.

Bundan başqa, Seat Leon 130 at qüvvəsi hasil edən 1.5 TGI qaz mühərriki olan modifikasiyada, həmçinin tərkibinə 1.4-litrik benzin turbomühərriki, 6-pilləli «robot» və elektromotor daxil olan hibrid güc qurğusu ilə təchiz edilən  Leon eHybrid versiyasında təklif edilir. Hibrid qurğunun ümumi hasilatı 204 at qüvvəsidir. İstehsalçının hesablamalarına görə, DYM-ni istifadə etmədən, hibrid Leon 60 km (WLTP) məsafə qət edə bilər.

Seat şirkəti yeni nəsil Leon modelinin istehsalına 1,1 milyard avro sərmayə qoyduğunu iddia edir. Sərmayə qoyuluşu özünü doğrultmalıdır, çünki ispan markasının satışlarının 25 faizindən çoxu Leon modelinin payına düşür. 1999-cu ildən bəri Leon ailəsinin ümumi tirajı 2,2 milyon nüsxəni keçib.