• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2154
— 30.01.2020 20:32

"Yüksəliş" Gəncədə

KepezTV Player

Yüksəliş müsabiqəsinə qeydiyyat mərhələsi davam edir. Bu məqsədlə yanvarın 21-də Bakıdan yola düşən səyyar qeydiyyat xidməti təşkil olunan avtobuslar səfərin 9-cu günündə Gəncədə olublar. Sakinlərlə görüşən Yüksəliş İctimai Birliyinin səyyar qeydiyyat xidmətinin əməkdaşları onlara bu müsabiqə ilə bağlı məlumat verib, həmçinin qeydiyyatdan keçməyə çətinlik çəkən şəxslərə yardımçı olublar. Qeydiyyat mərhələsi fevralın 2-si yəni, Gənclər Günündə yekunlaşacaq. Daha sonra onlayn, əyani seçim prosesi, ardınca isə yarımfinal və final mərhələləri keçiriləcək. Mayın sonunda yekunlaşması nəzərdə tutulan müsabiqənin yekununda 20 nəfər qalib elan olunacaq. Hazırki mərhələdə yalnız ali təhsili, Azərbaycan vətəndaşlığı, 2 illik idarəçilik təcrübəsi olan, yaş həddi 21-51 arası olan şəxslər qeydiyyatdan keçə bilərlər.