• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1320
— 30.01.2020 20:36

Zəlzələ zamanı nə etməliyik?

KepezTV Player

Ötən günlərdə qardaş ölkə Türkiyədə yaşanan zəlzələ stresi bir daha onu göstərdi ki, analoji təbiət hadisəsi zamanı nə etmək lazım olduğunu bilmək çox önəmlidir. Təbiidir ki, zəlzələ baş verən andan sakinlər ciddi narahatlıq yaşayır. Bəs hər birimiz təkanları hiss edərkən necə davranmalıyıq?

Söhbət zəlzələ zamanı təhlükəsizlik qaydalarına əməl etməkdən gedir. Təcrübə gösətirir ki, zəlzələ zamanı əsas təhlükə təbii fəlakətin, prosesin özü yox fəsadlarıdır.  Məsələn torpaq süxurlarının ani dəyişikliyi, bina və tikililərin dağılması, mebel və digər ev avadanlıqlarının aşması, şüşə qırıntıları, sel və qaz sızıntısı... Bununla yanaşı, bu proses zamanı həyatını itirənlər, həyəcandan ehtiyatsız davranıb xəsarət alanlar da olur. Mütəxəssislər hesab edirlər ki, insan tələfatı daha çox onların zəlzələ zamanı necə hərəkət etməli olduğunu bilmədikləri ucbatından baş verir.

Zəlzələ zamanı dərhal sənəd, pul və digər sizə lazım olanları götürüb qısa vaxt ərzində binanı tərk etməli, özünüzü ələ almağı və digər insanları sakitləşdirməyi bacarmalısınız. Təbii ki burada yaşadığınız və ya həmin an olduğunuz tikilinin davamlılığı da az rol oynamır.

Zəlzələ təbiətin ən dəhşətli fəlakətlərindəndir. Nə qədər hazırlaşsaq da, bu barədə nə qədər çox biliklərimiz olsa da  yeraltı təkanlar zamanı emosiyalar, qorxu, həyacan hissi insanın özünü tam toplamasına mane olur. Buna baxmayaraq hazırlaşmaq, maariflənmək lazımdır. Çünki bu bizə həm də psixoloji cəhətdən yardım edə bilər.