• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1550
— 30.01.2020 16:52

Ailənin götürdüyü kredit ÜSY almasına mane olmayacaq

KepezTV Player

Ünvanlı yardım üçün müraciət zamanı tələb olunan məlumatların sayı azaldılacaq. Möcvud qaydalara görə, əgər ailə tərkibində dəyişiklik baş verirsə və buna görə məlumat verilmirsə, ailəyə sosial yardım təyinatından imtina edilir və ya dayandırılır. Yeni qanun layihəsində bu halın aradan qaldırılması nəzərdə tutulur. Ailənin gəlirlərində dəyişiklik baş verdiyi halda isə bu barədə ailənin məlumat verməsi üçün nəzərdə tutulan müddətin 5 iş günündən 15 iş gününə və ya 21 günədək uzadılması da yeni layihələrdə yer alıb. Hazırda ailənin ünvanlı dövlət sosial yardım almaq hüququna baxılarkən onun orta aylıq gəlirinə götürdüyü borc da daxil edilir. Yeni layihədə bu məhdudiyyət aradan qaldırılmaqla, ailənin götürdüyü kreditin onun gəliri kimi nəzərə alınmaması, ümumən götürülən kreditin ailənin sosial yardım hüququna maneə yaratmaması əksini tapır.