• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2997
— 30.01.2020 12:32

Virusla mübarizə: gömrük, aeroport, xəstəxana...

KepezTV Player

Naməlum etiologiyalı sətəlcəm xəstəliyinin aşkar edilməsi ilə əlaqədar gömrük-sərhəd buraxılış məntəqələrində gömrük orqanları tərəfindən müvafiq işlər aparılır. Ölkənin qərb giriş qapısı sayılan “Qırmızı körpü”də də koronavirusla bağlı müvafiq işlər görülüb. Buraxılış məntəqəsində respublikaya daxil olan şəxslərə qarşı nəzərət gücləndirilib.

Natiq Axundov telefon bağlantısı DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi: Öskürək, halsızlıq, yüksək hərarət, yuxarı tənəffüs yollarının katarı və s. simtomplarla özünü büruzə verən fiziki şəxslərin müəyyənləşdirilməsi üçün məsafədən insan bədəninin hərarətinin ölçülməsində istifadə olunan cihazlar (termovizorlar) vasitəsilə termometriya, tibbi sorğu, vizual müayinə və digər diaqnostik üsullarla tibbi-sanitariya yoxlaması gücləndirilmiş rejimdə həyata keçirilir. Xəstə və xəstəliyə şübhəli şəxslər aşkar edilərsə, onların müvəqqəti təcrid olunması üçün ayrılan və zəruri əşyalarla təmin edilən yerlərdə müayinəsinə lazımi şərait yaradılıb. Həmçinin, nəqliyyat vasitələri üzərində dezinfeksiya tədbirlərinin aparılması da həyata keçirilir.

Eyni zamanda, fiziki şəxslərin hava nəqliyyatı vasitəsilə ölkəyə gəlişi zamanı, Mülki Aviasiya Təşkilatı tərəfindən qəbul edilən və ekipajın müvafiq üzvləri tərəfindən imzalanan hava gəmisinin "baş bəyannaməsi" sənədinin tibbi-sanitariya hissəsinə uyğun olaraq, müvafiq tibbi-sanitariya nəzarəti məsələlərinə dair məlumatların gömrük orqanına təqdim olunması tələb edilir. Virusun erkən aşkarlanması məqsədilə Gəncə aeroportunda təyyarədən enən şərnişinlərin yoxlanılması üçün termovizer aparatı quraşdırılıb.

Minayə Paşayeva Gəncə Beynəlxalq Hava Limanının səhiyyə məntəqəsinin baş həkimi:Biz Gəncə şəhər Gigiyena Epidemilogiay Mərkəzinə məlumat veririk. Həmçinin Azal-ın sanitar tibb məntələrini də məlumatlandırırıq. Bizdə ki, bütün tibb işçiləri təlimatlandırılıb. Bu birinci hadisə deyil, donuz qripi, quş qripi olanda da tədbirlər görülüb. Eyni plan əsasında biz iş görmüşük. Camaat təşvişə düşməsin, Azərbaycan Respublikasında bu virus yoxdu. Sadaca olaraq praflaktik məqsədlə biz bu işi görürük.

Anara Paşayeva sərnişin:Rusiyada yaşayıram. Gəncə şəhərinə valideynlərimin yanına gəlmişəm. Hava limanın keçid məntəqəsində virusa qarşı yoxlanıldım. Çox yaxşı bir tədbirdi mən sərnişin kimi bundan razıyam.

Gəncə Beynəlxalq Hava Limanında təyarədən edən sərnişin gömrük keçid məntəqəsində gördüyünüz bu termovizir aparatı ilə yoxlanılır. Əgər sərnişində hər hansı bir hərarət aşkar olunarsa həkim birqadası tərəfindən ona qarşı tədbir görülür.

Qlobal təhlükə yaradan yoluxucu xəstəliyin yayılması ilə əlaqədar səhiyyə nazirinin  imzaladığı əmrə əsasən Gəncə səhiyyəsi də gücləndirilmiş iş rejiminə keçib. Şəhər Yolxucu Xəstəliklər Xəstəxanasında bu məqsədlə 2 xüsusi palata yaradılıb. Lazımi dərman preparatları ilə təchizat görülüb.

Şirin Əhmədova Gəncə şəhər Yolxucu Xəstəliklər Xəstəxanasının şöbə müdiri:Tibb işçiləri xüsusi geyimlə təmin olunub. Əgər belə xəstəlik halı müşahidə olunarsa biz xətləri qəbul etməyə hazırıq. Birinci gün tempuratura qalxırsa tempuratur saxlanılırsa, xəstədə ümumi halsızlıq, askırma, öskürmə halları müşahidə olunursa təcili həkimə müraciət etmək lazımdı.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən xəstəliyin aşkarlandığı ölkələrdən gətirilən diri heyvanlar, heyvan mənşəli məhsullar və dəniz məhsullarının digər ölkələrə girişinə xüsusi nəzarət tədbirlərinin gücləndirilməsi də məsləhət görülür. Bəs Azərbaycanda başqa ölkələrdən keçə biləcək yoluxucu xəstəliklərindən qorunması məqsədilə hansı addımlar atılır?

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Çin Xalq Respublikasından ölkəmizə diri heyvan, heyvan mənşəli məhsullar və dəniz məhsullarının idxalına, eləcə də zoomağazalar və zooparklar üçün vəhşi heyvanların gətirilməsinə müvəqqəti məhdudiyyət qoyulması qərara alınmışdır.

Qida məhsulları ilə yanaşı onlayn alış-veriş zamanı Çindən alınan məhsulların da ölkəyə daxil olması təhlükə yarada bilərmi? Ölümcül virusa əşyalar vasitəsilə yoluxamaq mümkündürmü?

Sahib İbrahimov mütəxəssis:Müasir dövrümüzdə onlayn alış-veriş platformaları daha aktualdır.Belə alış-veriş daha rahat və ucuzdur. Məişətdə istifadə etdiyimiz əşyaların bir çoxu Çin platformaları tərəfindən bizə təqdim edilir.Çin platformaları daha populyardır. Belə sifarişlər, poçt vasitəsilə həyata keçirilir.Poçt vasitəsilə çatdırılan mallar gömrük yoxlamasından keçirilir.Birinci gömrüyə çatdırılır, dezinfeksiya edilir. Daha sonra icazə verildikdən sonra mal və yaxud da məhsul ölkəyə idxal edilir.

Azərbaycan ərazisində bu virusa yoluxma halı qeydə alınmayıb. Lakin Çinə və virus aşkarlanan və təhlükəsi olan ölkələrə səyahət edən şəxslər maksimum ehtiyatlı olmalıdırlar. Son məlumatlara görə təhlükəli xəstəliyə yoluxanların sayı kəskin artaraq 849 nəfərə çatıb. Onlardan 177-inin vəziyyəti ağır qiymətləndirilir. Bundan başqa ölümcül virusa yoluxan 26 nəfər ölüb.