ABAD-ın bu il Tovuzda da mərkəzi fəaliyyətə başlayacaq. Bunu Ailə Biznesinə Asan Dəstək mərkəzinin şöbə müdiri Turanə Qasımova jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, yerli əhali, ətraf rayon və kəndlərdə yaşayan sakinlər ABAD kurslarında təmənnasız iştirak edə biləcəklər.Kurslarda informasiya texnologiyaları , musiqi alətlərinin yaradılması, aqro və turizm sahələri ilə bağlı biliklər tədris olunacaq. Hazırda ABAD-ın 5 regionda mərkəzi fəaliyyət göstərir.
Turanə Qasımova - ABAD-ın şöbə müdiri: Eyni zamanda Qubada bizim növbəti mərkəzimiz fəaliyyətə başlayacaq. Bu qablaşma müəssisəmiz olacaq. O da artıq növbəti istehsalat faktoru olacaq. Keramika sahəsində də Abad çalışır ki, sənətkarlara da dəstək göstərsin.regional sakinlərə müxtəlif sahələrin öyrədilməsi ,onlar üçün şəraitin öyrədilməsi sahəsində hal hazırda şəki keramika mərkəzi fəaliyyət göstərir. Onun növbəti addımı olaraq isə Nardaranda növbəti keramika mərkəzi fəaliyyətə başlayacaq.
- Baxış: 377