• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1665
— 29.01.2020 19:26

Ailə büdcəsi: nədən imtina etməli, necə xərcləməli?

KepezTV Player

Bizdə “qara gün üçün” deyilən bir ifadə var. Lap qədimdən nənələrimiz, babalarımız ehtiyat üçün müəyyən qədər vəsait və ya ərzaq toplayardılar. Zərurət olmadan bu toplanan azuqəyə, pula və ya qiymətli əşyalara toxunmazdılar. Sujetimiz ehtiyat məqsədilə ehtiyat toplamaqla bağlıdır. İzləyək.

Günümüzdə ailələrin gəlirləri və xərclərini planlaması, əldə edilən gəliri məqsədyönlü və qənaətlə istifadə etməsi, eləcə də necə deyərlər qırağa da pul qoyması kimi məqamlar əhəmiyyətini qoruyub saxlayır. Ələxsus da insanların qənaət edib pul yığmağı qəfildən meydana çıxan ehtiyacların qarşılanması nöqteyi-nəzərəndən xüsusi önəm daşıyır. Bəs ehtiyatı nədə saxlamalı milli və ya xarici valyuta, yoxsa qiymətli metal şəklində?

Ümumi gəlirin tərkibində yer alan qırağa qoyulan pullar maddi vəziyyətin bir qədər yaxşılaşmasına, əminlik və rahatlıq hissinin hakim olmasına gətirib çıxarır.

İqtisadiyyatda ən önəmlisi qazanc əldə etməkdir. Amma təcrübəli iş adamları bilir ki, əldə olanı qoruyub saxlamaq daha vacibdir. Qazanmaq və əldə ediləni qoruyub saxlamaq isə elə də asan olmur. Odur ki, şəxsi və ya ailə kapitalını formalaşdırarkən nəzərə alınmalı məqamları çıxmaqla ehtiyatı da formalaşdırmaq yaddan çıxmasın.