• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1300
— 29.01.2020 19:23

Gənc qız toyundan iki həftə sonra qətlə yetirildi

KepezTV Player

Masallı rayonunda azyaşlı qız gəlin köçdüyü evdə ölüb. Həsənli kənd sakini olan 16 yaşlı Fatimə Qəmbərova iki həftə öncə Xoşçobanlı kəndindən olan oğlanla evləndirilib. Onlar üçün təmtəraqlı toy məclisi də qurulub. Masallı rayon prokurorluğundan verilən məlumata görə, Qəmbərovanın meyiti müayinə olunduqdan sonra onun boğularaq qətlə yetirildiyi məlum olub. Belə ki, meyitin boyun nahiyəsində, sağ əlin arxa hissəsində, həmçinin bel nahiyəsində xəsarətlər aşkar edilib. Məhkəmə-tibbi ekspertinin ilkin məlumatına görə, mərhumun ölümünə səbəb boyun üzvlərinin sıxılması nəticəsində yaranmış tənəffüs çatışmazlığı olub. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Masallı rayonunun polis və prokurorluq əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Qəmbərovanın 2 həftə əvvəl evləndiyi Xoşçobanlı kənd sakini 2001-ci il təvəllüdlü İman Məmmədov tərəfindən törədildiyinə əsaslı şübhələr müəyyən edilib. İman Məmmədov şübhəli şəxs qismində tutulub, müdafiəçinin iştirakı ilə dindirilən zaman törətdiyi cinayət əməlini etiraf edib. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.