Şəmkir rayonunda 2 fevral gənclər günü münasibəti ilə tədbir keçirilib. İştirakçılar əvvəlcə 2019-cu ildə rayon gənclərinin fəaliyyətini özündə əks etdirən videoçarxa baxıblar. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin diqqət və qayğısı ilə uğurla davam etdirildiyi, gənclərin ictimai həyatda rolunun artdığı diqqətə çatdırılıb. Əhalisinin 30 faizını gənclər təşkil edən rayonda da müxtəlif peşə sahiblərindən ibarət gənclər birliklərinin fəaliyyəti yüksək qiymətləndirilib. Yaradılmasının 5 ili tamam olan gənc müəllimlər birliyinin sıralarının xeyli genişləndiyi vurğulan görüşdə Şəmkir Rayon İcra Hakimiyyətində və müxtəlif dövlət qurumlarında könüllü kimi çalışmaq istəyən gənclərin sayının çoxluğu müsbət hal kimi dəyərləndirilib. Toplantıda rayonun ictimai-siyasi həyatında yaxından iştirak edən bir qrup fəal gəncə icra hakimiyyətinin fəxri fərmanları təqdim edilib. Eyni zamanda könüllülük fəaliyyətini uğurla başa vuranlara sertifikatlar verilib.
Kənan İbrahimov - Şəmkir Gənclərin İnkişafı və Karyera Mərkəzinin direktoru: Ötən il digər sahələr kimi Şəmkir gənclərinin fəaliyyət istiqamətlərində bir çox yeniliklər oldu. Biz gənclər olaraq həm yeniliklərə imza atdıq həmdə kütləvi hərəkətlərə qoşulduq. İstər beynəlxalq istəsrsədə yerli tədbirlərdə iştirak etdik. Ötən il Şəmkir gənclərinin ən böyük uğurlarından olan regionlarda ilk dəfə Gənclərin İnkişaf və Karyera Mərkəzinin yaradılmasının pilot layihəsi məhz Şəmkirdə baş tutdu.
Natiq Hüseyn
- Baxış: 521