• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2142
— 29.01.2020 10:46

Uşaqları necə tərbiyə etməliyik?

KepezTV Player

Evlilik ağacının ən şirin və ən gözəl meyvəsi uşaqdır. Övladın  xarakteri ata və ana arasındakı münasibətlər əsasında formalaşır. Uşaq tərbiyə etmək elə də asan məsələ deyil. Üstəlik kənar şəxslərin də ailəyə övladını tərbiyə etməsi üçün verdiyi öyüd-nəsihətlərin bol olduğu bir zamanda. Hər bir uşaq fərqli olduğu üçün onların tərbiyə üsulu da elə özünəməxsus formada olmalıdır.

Sizin yanınıza gətirilən uşaqlarda daha çox hansı problemləri müşahidə edirsiniz?

Ölkəmizdə valideynlərlə oğul-qız arasında müəyyən sərhəd hər zaman olub. Bunun nəticəsidir ki, valideynlər övladlarının, övladlar isə valideynlərinin onları anlamamasından şikayət edirlər. Valideynlə çox az münasibətdə olan övlad xarici mühitə can atır, ailədən uzaqlaşır. Ev onun üçün yalnız yemək, yatmaq, pul götürmək yeri olur.

Uşaqlarımıza düzgün davranışı öyrədən zaman nələri nəzərə və diqqətə almalıyıq?

Uşaqlar gələcəyimizin güzgüləridir. Hər uşağın tərbiyəsində ailənin rolu böyükdür. Odur ki, onlara hər deyilən sözə diqqət etmək lazımdır, çünki azyaşlıların gələcəkdə öz mövqelərini tutmaları üçün valideyn tərbiyəsindən çox şey aslıdır. Uşaqlara nəyin doğru, nəyin səhv olduğunu göstərmək üçün və doğruların həyatımızda əhəmiyyətini izah etməklə uşaqlarda düzgün davranışı sərgiləyə bilərik.