• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1792
— 29.01.2020 11:01

Qatlana bilən ekranlı iPhone üçün konsept video hazırlandı

 Son illərin trendi olan qatlana bilən ekranlı telefonlar bir xeyli rəğbət gördü. Samsung Fold, Huawei Mate X və s. modellər ekosistemdə özünü göstərdi. Bəs Apple istehsalı qatlana bilən ekranlı iPhone modeli olsaydı necə olardı? Bu suala cavab vermək istəyən bir dizayner konsept bir video hazırlayıb. Qrafik dizayner olan TechMorning Youtube kanalı üzərindən hazırladığı iPhone konsept videosun paylaşıb.

Videoya diqqətlə baxanda ilk nəzərə çarpan çərçivəsiz bir ekranın olmasıdır. Əslində bunu artıq normal hesab etmək olar. Bir çox şirkət telefonlarında çərçivələri çox incə səviyyələrə sala biliblər. Əgər Apple növbəti illərdə həqiqətən belə bir telefon istehsal etmək istəsə çərçivəsiz ekran görməyimiz mümkün ola bilər. Digər modellərdən fərqli olaraq bu konseptdə cihaz tam ortadan qatlana bilir və kamera modullarının fərqli yerləşməsi ilə seçilir.