Respublikanın ali məktəblərinin magistraturasında daxil olmaq istəyənlər üçün Gəncədə sınaq imtahanı keçiriləcək. Fevralın 2-də saat 11-də 22 nömrəli orta məktəbində baş tutacaq imtahanda iştirak üçün qərb bölgəsindən 100 nəfər qeydiyyatdan keçib. Bakalavrlar 3 saat ərzində məntiqdən 50, xarici dil və informatikanın hərəsindən 25 sualı cavablandıracaqlar. Bu il magistraturaya qəbul imtahanı fevralın 23-də keçiriləcək. Bir neçə gündən sonra imtahanda iştirak edənlərin qeydiyyatı da başlayacaq.
Nəsimi Məmmədov DİM-in Gəncə Regional bölməsinin müdiri:Magistr 1 jurnalında model testlər və eləcədə proqramlar verilmişdi. Bu yaxın müddətdə magistr 2 jurnalı nəşr olunacaqdı. Burada verilən sualların içərisində məntiq, infarmatika və xarici dil fənnindən hər birindən 5 ədəd açıq tipli tapşrıqlarda var. DİM tərəfindən artıq ikinci ildir ki, xarici dil fənnindən dinləmə qurğusu vastəsi ilə bakalavrların dinləmə bacarığını yoxlamaq üçün dinləmə qurğusu vastəsindən istifadə olunur.
Ruslan Vəliyev tələbə:Sınaq imtahanının olması bizim üçün çox xoşdu. Çünki sınaq imtahanı olduqda biz daha stimullu hazırlaşırıq. Bilirik ki, nəticəmiz necədi və dah yaxşı nəticə etmək üçün çox çalışırıq.
Nicat Məmmədov tələbə:Oxşar suallar işləyirlər. Bu da onların əvvəlcədə həyacanlarının qarşısını alır. Həmçinin oxşar suallar işlədikdə test işləmə vərdişlərini özündə formalaşdırırlar.
- Baxış: 301