• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1700
— 28.01.2020 10:37

Evo 2 dronu ilə səmada 8K dövrü başlıyır

CES 2020-də 8K televiziya mövzusunda bir "partlayış" baş verdi. Evo 2 dronu ilə səmada 8K dövrü başlayır. Hazırda demək olar ki, istənilən pilotsuz təyyarə 4K video çəkə bilər. Ancaq 8K televizorların artmağa başladığı günlərdə 8K məzmununun əhəmiyyəti də artır.

Bu təyyarənin üç fərqli versiyası var. Normal model 0,5 düymlük CMOS sensoru ilə 8K video və 48 meqapiksellik fotoşəkil çəkməyə qadirdir. 120 Mbps səs yaza bilir.

Digər model "İkili" xüsusiyyət daşıyır. 8K kamera Flir Boson istilik sensoru ilə təchiz edilib.

"Pro" xüsusiyyətli son model isə 1 düymlük 20 meqapiksel sensoru ilə 6K video çəkməyə qadirdir. F2.8 - F11 dəyişən diafraqma məhsulu ilə ISO 100-12.800 aralığını fəal istifadə edə bilər. 1 düymlük sensoru olan 8K modelindən daha effektli görünən 6K "Pro" Evo 2 pilotsuz təyyarəsi 7.100 mAh. batareya ilə tam 40 dəqiqə səmada qala bilər. Sürəti 72 km/s olan dronlar 9 km aralığında idarə edilə bilir.