Gəncədə fəaliyyət göstərən teatrlar bu il təqdim edəcəkləri tamaşaların premyera və ictimai baxışına hazırlaşır. Təqdimata hazırlıq görülən səhnə əsərləri ilk dəfədir tamaşaçılara nümayiş olunacaq.
Gəncə Dövlət Dram Teatrında tamaşaçılara təqdim olunacaq yazıçı dramaturq Ramiq Muxtarın “Şəhərli kürəkən” əsəri üzərində qızğın məşqlər gedir. 1 saatlıq lirik drama quruluşu xalq artisti Vaqif Şərifov verib. Rəssamı Vahab Cəfərov, musiqi tərtibatı isə Tünzalə Musatafyevaya aid tamaşada Sovet dönəmi bitdikdən sonra Azərbaycanla Gürcüstanın münasibətlərindən bəhs olunur. Gürcüstan ailəsinin ümumi məişət qayğıları, problemləri tamaşada əksini tapıb.
Elşad Əhmədov - quruluşçu rejissor: Bir az klassik üslub, klassik ənənələr üzərində işləməyi nəzərdə tutuldu. Vaqif müəllimdə çox sağ olsun ki, işlərin bir hissəsini mənə həvalə elədi və ikinci rejissor olaraq çalışıram. Müəyyən nəticələr artıq əldə olunub.
Kəmalə Məmmədova - əməkdar artist: Həyat yoldaşının ona aldığı geyimlərə, zinət əşyalar aşiq olmuşdu. Ayılır ki, bunlar hamısı boş şeylərdi. Nə əsil sevgini tapıb o evdə, nə də ki, gercək ailə səadətinə nail olub. Tamaşaçıya insanın şöhrət düşgünlüyü, hər hansı bir mal-mülk düşgünlüyü və sonda göstərir ki, yalandı. Bir-birinizi sevin və sevilin ən dəyərli olan budu.
Gəncə Dövlət Kukla Teatrı isə alman yazar Qrimm Qardaşlarının “Breymen musiqiçiləri” əsərinə müraciət edib. İki hissəli musiqili nağıl olan tamaşanın rejissoru əməkdar artist Xudayət Əsgərov, rəssamı isə Əntiqə Bədirovadır. Sahibləri tərəfindən qovulan qocalan ev heyvanları özləri üçün yeni məşğuliyyət tapmaq qərarına gəlir və özlərinin hər zaman gərəkli olmalarını sübüt etməyə çalışırlar. Qərara gəlirlər ki, onlar bir musiqi ansanbılı yaratsınlar. Fərqli səhnə tərtibatı və yeniliklərlə olacaq tamaşa 1 saatlıqdı.
Xudayət Əsgərov - əməkdar artist: Tamaşaçılarına onu göstərmək istəyir ki, qocalsalarda özləri üçün bir ansanbıl yaradıb insanın ruhuna oxşar musiqilər ifa eləmək.
Şamil Məmmədli - aktyor: İki rol ifa edirəm. Ümumiyyətlə Breymen musiqiçiləri çox maraqlı tamaşadı. Bu orta yaşlı nəslin o dövr ən çox sevdiyi cizgi filimlərən biri olub.Onu yenidən səhnələşdirməyimiz yeni nəslin uşaqlarının böyük marağına səbəb olacaq”
Bununla paralel teatr yeni bir əsərə də müraciət edib. Artıq stol arxası məşqləri yekunlaşacaq tamaşa mart ayında təhvil veriləcək.
Fərmayıl Paşayev - Gəncə Dövlət Kukla Teatrının direktoru: Bu il uşaqların ən semvimli yazarı olan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi olan Xanımana Əlibəylinin 100 illiyi tamam olur. Nazirliyin qərarı ilə onun əsərlərinə teatrların hazırladıqları tamaşaların baxışı keçiriləcək.Bizdə Xanımana Əlibəylinin “Gözəllər gözəli” pyesinı repertuarımıza daxil etmişik. Tamaşanın rejissoru Şamil Məmmədlidir.
Hər iki teatrda məqşqləri gedən tamaşalar fevralın ortalarında tamaşaçılar təqdim edəcək.
Elnur Vahidoğlu
- Baxış: 312