• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 736
— 27.01.2020 10:45

Kuru kosmodromundan “Ariane 5” raketdaşıyıcısı buraxılıb

Avropanin “Ariane 5” raketdaşıyıcısı Fransa Qvianasında Kuru kosmodromundan buraxılıb. “Arianespace” şirkəti raketdaşıyıcının buraxılışını canlı yayımda aparıb.  Raket Fransa və Hindistanın telekommunikasiya peyklərini (“Eutelsat Konnect” və “GSAT-30”) orbitə çıxarmalıdır. “Arianespace” şirkətindən bildirilib ki, “Eutelsat Konnect” peyki Afrikanın 40 və Qərbi Avropanın 15 ölkəsində rəqəmli fərqin xeyli azalmasını təmin edəcək. “GSAT-30” peyki Hindistan Kosmik Tədqiqatlar Təşkilatının mütəxəssisləri tərəfindən hazırlanıb. Bu peyk Hindistan ərazisində yüksək keyfiyyətli televiziya, telekommunikasiya və radio yayım xidmətlərini təmin edəcək.