• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 864
— 25.01.2020 16:37

“Gəncə” autsayderə qarşı

KepezTV Player

Bu gün Basketbol üzrə Azərbaycan Superliqasında 14-cü turun oyunları keçiriləcək. Ölkə çempionatında Gəncəni təmsil edən eyniadlı komanda növbəti görüşdə “80-lər”lə qarşılaşacaq. Son iki oyunda məğlub olaraq 5-ci sıraya yuvarlanan Nizami yurdunun kollektivi autsayder qarşısında qalib gəlməyə çalışacaq. Qərb klubu qələbə qazanacağı halda turnir cədvəlində vəziyyətini yaxşılaşdıra bilər. Rəqibin də sonuncu pillədən qurtulmaq istəyini nəzərə alsaq, görüşün maraqlı keçəcəyi gözləniləndi. Qeyd edək ki, “Gəncə” - “80-lər” qarşılaşması saat 18-də başlayacaq.