Bəlkə də sosial şəbəkələrdə siz də rast gəlmisiz. Belə bir informasiya yayılıb ki, guya 55-60 yaşlarında bir xanım uşaq oğurlamaq niyyətilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 96 və 67 saylı orta məktəblərə yaxınlaşır. İddia olunur ki, həmin qadın uşaqlara müxtəlif vədlər verərək yaxınlıqdakı maşına aparmaq istəyir. Bakı Şəhər Baş Polis İdarəsi və Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdiyi təxirəsalınmaz müvafiq tədbirlər nəticəsində fotoşəkilləri yayılan qadın, 1965-ci ildə Xızı rayonunda anadan olan Reyhan Səfərova müəyyən olunaraq polis idarəsinə gətirilib. Araşdırma nəticəsində məlum olub ki, qadın həmin ərazidə kirayədə yaşayır, əvvəllər məhkum olunmayıb, sakit həyat tərzi sürür, sağlamlıq imkanları məhduddur. Polisin məlumatında qeyd olunur ki, sosial şəbəkələrdə yayılan məlumatlar əsassızdır, təsdiqini tapmayıb.
- Baxış: 571