• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 732
— 24.01.2020 15:42

Gəncə məktəblisi beynəlxalq olimpiadada uğur qazanıb

KepezTV Player

Qazaxıstanın Almatı şəhərində keçirilən 16-cı Beynəlxalq Jautikov Olimpiadasında ölkəmizi təmsil edən şagirdlər sırasında Gəncə məktəblisi də olub. 20 ölkədən 588 nəfərin iştirak etdiyi bilik yarışında informatika fənni üzrə 15 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Əziz Hüseynov uğura imza atıb. Azərbaycan məktəblilərinin olimpiadada qazancı 1 qızıl, 3 gümüş və 4 bürünc medal olub ki, əyyarına görə üçüncü olan medaldan biri Gəncə məktəblisinin boynuna asılıb. Ölkəmizi informatika fənni üzrə 4, riyaziyyat fənni üzrə 6, fizika fənni üzrə 4 iştirakçı təmsil edib. Azərbaycan məktəbliləri 2006-cı ildən etibarən sözügedən olimpiadada iştirak edirlər və bugünədək 3 qızıl, 19 gümüş, 27 bürünc olmaqla ümumilikdə 49 medal qazanıblar.

Əziz Hüseynov - şagird: Mənim üçün bu böyük qürurdur. Ölkəmizi təmsil etdiyim üçün istəyirəm ki, ən yaxşı nəticəni göstərim.Əlimdən gələni edim. İnformatika olimpiadasında ən çox riyazi məsələləri kompüterlərə avtomatlaşdırmaq tələb olunur.Proqramları elə yazmalıyıq ki, optimal olsun.Bu çətindir. Vaxt limiti ərzində bunu yerinə yetirməliyik.

Vəfa Nəbiyeva - direktor: Məktəbimizdə informatika fənni yüksək səviyyədə tədris olunur.Müəllimlərimiz yeni metodlardan istifadə edirlər. Uğur qazanan şagirdlərimizdən Hüseynov Əzizi misal göstərə bilərəm.Arzu edirəm ki, şagirdlərimizin hamısı həmişə belə uğurlar qazansınlar, nailiyyətləri yüksək olsun.