• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1523
— 23.01.2020 20:38

İdman liseyi təmir olunur

KepezTV Player

Lisey 1961-ci ildə internat məktəbi kimi istifadəyə verilib. 2009-cu ildən futbol təmayüllü internat tipli gimnaziya adlanıb. Ötən ildən isə idman liseyi kimi fəaliyyətini davam etdirib. Yarım əsrdən çox tarixi olan məktəb bu vaxta kimi əsaslı təmir olunmayıb.

Layihəyə əsasən, 4 mərtəbəli liseydə sinif otaqları ilə yanaşı, inzibati otaqlar, yataqxana və yeməkxana da olacaq. 1-ci mərtəbə akt zalı rəhbərlik, müəllim və texnik heyət üçün,  2-ci 3-cü mərtəbələr tədris, ən yuxarı mərtəbə isə  yataqxana üçün nəzərdə tutulub.

Şəraitə uyğun olaraq məktəbdə daha çox kütləviliyi ilə seçilən iki idman növünün inkişafı üçün baza yaradılacaq.

Maddi-texniki bazanın müasir səviyyədə qurulması idmanın inkişafı istiqamətində də rol oynamaqla qarşıya yeni məqsədlər, vəzifələr qoyacaq.

Layihənin başa çatdırılması üçün 18 ay nəzərdə tutulsa da, görülən işlər sürətlə davam etdiyindən yeni tədris mövsümünə kimi məktəbin təhvil verilməsi planlaşdırılır.