• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 692
— 23.01.2020 20:28

10 nəfər əcnəbi yeni yol sənədi ilə təmin edildi

KepezTV Player

Dövlət Miqrasiya Xidməti Azərbaycanda qaçqın statusu alan şəxslərə ilk dəfə "Yol sənədi" təqdim edib. Sözügedən sənəd vasitəsilə hazırda ölkədə yaşayan və qaçqın statusu alan əcnəbilər beynəlxalq səfərlərini rahat şəkildə edə biləcəklər. Amma indiyədək bu sənədin olmaması  Azərbaycanda qaçqın statusu alan şəxslərin ölkədən kənara çıxışına çətinlik yaradırdı. İlkin olaraq yol sənədi 10 nəfərə təqdim edilib. Yaxın günlərdə isə ardıcıl olaraq digər qaçqın statusu alan əcnəbilər də sənədlə təmin ediləcəklər.

Vüsal Hüseynov DMX-nin rəisi: Bu pasport bildiyimiz yol sənədidir, və bütün ölkələrdə keçərli bir sənəddir. Beş il müddətində bu şəxs bizim ölkədə bu statusda yaşayacaqsa yəəni qaçqın statusu itirilməyibsə yenidən miqrasiya idarəsinə müraciət edərək bu sənədi yenilənəcək. Hazırda dövlət tərəfindən qaçqın statusu verilən 83 nəfər yaşayır. Həmçinin Azərbyacanda birləşmiş millətlər təşkilatının qaçqınlar üzrə ali kamisarlığı tərəfindən verilən mandat əsasında yaşayan şəxslər var ki, bunlarında sayı iki min yüz bir nəfərdir.