• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1285
— 23.01.2020 20:26

Şəmkir şəhərində 2020-ci ildə görüləcək işlər müzakirə olunub

KepezTV Player

Şəmkir şəhərində ötən il inşasına başlanılan və ümumi investisiya dəyəri 6 milyon manatdan çox olan 4 irihəcmli obyektin tikintisi başa çatmaq üzrədir. Bundan başqa, investisiya dəyəri 13 milyon 348 min manat nəzərdə tutulan 37 orta və kiçik həcmli layihələrin icrası da davam edtirilir. 2020-ci ildə də şəhər ərazisində yeni sərmayə qoyuluşunu təmin etmək üçün yerli və xarici investorlarla danışıqlar aparılır. Şəhərin perspektiv planlarının müzakirə edildiyi iclasda sosial iqtisadi sahədə görülən işlərlə yanaşı, təmizlik məsələsinə də toxunulub. Rayon mərkəzində məişət tullantılarının atılması üçün 300 ədəd zibil qutularının təyin olunmuş yerlərə qoyulduğu, Şəmkirə xüsusi görkəm verən, parklarda olan fəvvarələrin normal qaydada işləməsi, yaranmış nöqsanların tez bir zamanda aradan qaldırılması, işıqlandırma sistemlərinin işlək vəziyyətdə olması, suvarma sistemlərinin daimi fəaliyyəti  üçün müvafiq tədbirlərin görüldüyü vurğulanıb. Şəmkir şəhərində əhalinin artım tempi nəzərə alınmaqla yeni yaşayış massivləri salınıb. Sözügedən massivlər tam olaraq su, qaz və işıqla təchiz edilib. Yığıncaqda 2020-ci ildə qarşıda duran məsələlər geniş müzakirə olunub. Əhalinin su və qazla təhcizatında vaxtaşırı yaranan problemlərin aradan qaldırılması, küçələrə ad və ünvan bildirən lövhələrin vurulması üçün tapşırıqlar verilib.

Pərviz İbrahimov Şəmkir şəhər icra nümayəndəsi: Şəmkir şəhərində sahibkarlara yaradılan münbit şərait nəticəsində il ərzində fərdi yaşayış evlərinin tikintisi ilə yanaşı ayrı-ayrı sahibkarlar tərəfindən 2019-cu il ərzində ümumilikdə 19 milyon 398 min manat investisya qoyuluşu nəzərdə tutulub ki, bu da ötən  ilin müvafiq dövrü ilə müqayisədə 11,4 faiz çoxdur.

Natiq Hüseyn