• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2200
— 23.01.2020 12:20

Gənclərin İnkişaf və Karyera Mərkəzi istifadəyə verildi

KepezTV Player

Prezidentin 1 oktyabr 2019-cu il tarixli sərəncamına müvafiq olaraq, ölkədə fəaliyyət göstərən bütün Heydər Əliyev Mərkəzlərində "Gənclərin İnkişaf və Karyera Mərkəzi"nin nümayəndəlikləri yaradılır. Bu qəbildən olan sayca 17-ci mərkəz Samux rayonunda istifadəyə verilib. Burada gənclərə sosial məsuliyyət aşılanır, onların hərtərəfli inkişafı təmin edilir. İşlər aprel ayının sonunadək bütün regionlarda həyata keçiriləcək, sayca 56-cı mərkəzlə proses tamamlanacaq.

Rəvanə Həşimova Samux Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru:Gənclərin İnkişaf və Karyera Mərkəzinin fəaliyyət istiqamətləri, məqsədi gənclərin fərdi və sosial inkişafını təmin etməkdir. Bir çox layihələr, təlimlər, seminarlar keçirilir.