• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1251
— 23.01.2020 12:16

Gəncədə vətəndaşların səyyar qəbulu keçirilib

KepezTV Player

Gəncənin "Şeyxzamanlı" qəsəbəsinin sakinləri onları narahat edən məsələlərlə bağlı İcra Hakimiyyətinin başçısına müraciət ediblər “Açıq mikrofon” şəraitində keçirilən növbəti səyyar görüşdə su-kanalizasiya xəttinin yenilənməsi, küçə işıqlandırılması, 6 nömrəli marşrut xətti üzrə çalışan nəqliyyat vasitələrinin sayının artırılması ilə bağlı müraciətlər səsləndirilib. Qaldırılan bir çox məsələlər yerindəcə öz həllini tapıb. Şəhər rəhbərliyi səslənən digər problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib.İcra strukturunun fəaliyyət dairəsinə daxil olmayan müraciətlər isə qeydiyyata alınaraq, müvafiq qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.