• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2316
— 23.01.2020 10:27

Şəffaf “OLED” televizorun prototipi nümayiş olunub

Çinin "Skyworth" şirkəti şəffaf "OLED" televizorun prototipini nümayiş etdirib. Qurğu həm adi, həm də yarımşəffaf rejimdə işləyir.

Çin istehsalçısı "LG Display" şirkətinin istehsalı olan 55 düymlük şəffaf "OLED" panellərdən istifadə edib.

"LG" şirkətinin istehsalı olan şəffaf "OLED" ekranları 150 kandel kvadratmetr (kd/m2) parlaqlıqla (ağ rəngin pik parlaqlığı 400 kd/m2) xarakterizə edilir. Şəffaflıq 38 faiz təşkil edir. Ekran "NTSC" rəng məkanının 120 faizini əhatə edir.

Bu panellər "LG" şirkətinin şəffaf "OLED" televizorlarında istifadə olunur və digər istehsalçılara, o cümlədən "Panasonic" korporasiyasına tədarük edilir. Şəffaf "OLED" ekranların tətbiq üçün mümkün sahələr kimi mağaza vitrinləri, bina fasadları və sərgi stendlərinin tərtibatı qeyd edilir. Bundan başqa, belə ekranlar aerokosmik sənaye üçün faydalı ola bilər.