• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 994
— 22.01.2020 18:33

Məşqçi əməyinə verilən fəxri ad

KepezTV Player

Gəncəli mütəxəssis Xanəhməd Rzazadə əməkdar məşqçi adı alıb. Gənc məşqçi 2019-cu ildə yetirmələrinin əldə etdiyi nəticələrə əsasən, bu fəxri mükafata sahib olub.

İdmançıların əldə etdiyi yüksək nəticələr özlərinə titullar, onları yetişdirən məşqçilərə fəxri adlar qazandırır. Fəxri ad müəllim zəhmətinə, onun əməyinə verilən ən böyük qiymətdir.

Gəncədə cüdo idmanının inkişafına çalışan Xanəhməd Rzazadə artıq bu arzusuna çatıb. O, “Azərbaycan Respublikasının Əməkdar məşqçisi” fəxri adı üçün əsasnamədə qeyd olunmuş tələn normaları yerinə yetirib və yüksək nəticə göstərən idmançılarla işləyən məşqçi kimi bu fəxri ada layiq görülüb. Ona müvafiq vəsiqə və döş nişanı təqdim edilib.

Əməkdar məşqçi adı əlavə məsuliyyət, peşə fəaliyyətinə daha da bağlanmaq deməkdir. Bu məşqçi-müəllimləri böyük həvəslə işləməyə, yüksək nəticələr göstərməyə sövq edir.

Ötən il Xanəhməd Rzazadənin yetirmələrindən ən böyük uğurlara Turan Bayramov imza atıb. O, yeniyetmələr arasında Avropa çempionu, qitə kubokunun, Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalının qalibi olub. Könül Əliyeva isə Azərbaycan çempionatının gümüş medalını qazanıb.

Xanəhməd Rzazadə 15 ildən çoxdur ki, məşqçilik edir. Bu illər ərzində onun rəhbərliyi altında bir-birini əvəz edən idmançı nəsli yetişib.