• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1598
— 22.01.2020 18:30

Gəmiricilərə qarşı mübarizə aparılır

KepezTV Player

Havanın mülayim, şaxtasız keçməsi əkin yerlərində ziyanvericilərin çoxalmasına səbəb olur. Aqrar rayon olan Samuxun əkin sahələrində gəmiricilərlə sirayətlənən ərazilər müəyyən edilib. Rayon Bitki Mühafizə Mərkəzinin işçiləri ziyanvericilərə qarşı tədbirlərə başlayıb.

Urfan İsgəndərov - təsərrüfat sahibi: Bu il mən 2 ha ərazidə yonca əkmişəm. Lakin siçanabənzər gəmiricilər yonca toxumunun kökünü yeyir və inkişaf getmir.

Samuxlu fermerlər bu il məhsulun az olacağından narahatdılar. Ziyanın olmaması üçün Samux rayon Bitki Mühafizə Mərkəzinin əməkdaşları sahələrdə gəmiricilərə qarşı mübarizəyə başlayıb. İqtisadi ziyanvurma hədd göstəricisi yuxarı olan ərazilərdə dövlət büdcəsi vəsaiti hesabına kimyəvi mübarizə aparılır. Eləcə də fermerlərə gəmiricilərə qarşı aldadıcı dərmanlar düzələdilərək paylanılır.

Samir Kamilov - Samux Rayon Bitki Mühafizə Mərkəzinin baş aqronomu: Siçanabənzər gəmiricilərin havaların quraq keçməsi ilə bağlı artma arealı mümkün olan qədərdir. Çalışırıq ki, onun qarşısını almağa, mütamadi olaraq müşahidələrimizi aparırıq. Düzdür, hazırda inzibati ziyan vermə həddinə çatmasa da biz qabaqlayıcı tədbirlərimizi aparırıq. Sinkfosid aparatından istifadə edirik ki, siçana bənzər gəmiricilərin qarşısını alaq. Onların taxılçılıqda, ümumiyyətlə bitkiçilikdə heç bir ziyan verməsinə yol verməyək.

Həmçinin fermerlər təhlükəzilik qaydaları barədə maarifləndirilib, onlara tövsiyyələr verilir, ziyanvericilər haqqında bukletlər paylanılır. Mübarizə tədbirləri yanvarın sonuna kimi davam edəcək. Ötən il 5 min hektar sahədə siçanabənzər gəmiricilərə qarşı fitosanitar müşahidələr aparılıb. Bu il Samuxda 7300 mülkiyyətçi 13 min ha ərazidə şum aparıb ki, bunun da 10 min ha-dan çoxu taxıl, 1500 ha-ı yonca, qalanı isə digər bitkilərin payına düşür.

 

Elnur Vahidoğlu