• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1643
— 22.01.2020 11:56

Əlilliyi olan şəxslərə buraxılış və qəbul imtahanlarında əlavə vaxt veriləcək

KepezTV Player

Buraxılış və qəbul imtahanlarında əlilliyi olan və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək namizədlərin iştirakının təmin edilməsi məqsədilə nəzarət altında tənəffüs və ya zəruri ehtiyaclarını ödəmək üçün fasilə imkanı yaradılacaq. Bu halda imtahan müddəti dayandırılır və namizəd özünü hazır hiss etdikdə imtahana davam edir. Tənəffüs zamanı namizədin sual kitabçasına və cavab vərəqinə baxmasına icazə verilmir. Namizəd imtahan zalından çıxmaq istədikdə nəzarətçi onu müşaiyət etməlidir. Tənəffüsün müddəti namizədin vəziyyətinə və sağlamlıq qabiliyyətinə dair öncədən verilmiş rəyə əsasən müəyyən olunur. Təlimatda həmin şəxslər üçün əlavə vaxt da nəzərdə tutulub. Təlimatda sağlamlıq imkanları məhdud şəxslər üçün səsli oxuma, surdopedaqoq dəstəyi, praktik köməkçi də nəzərdə tutulur. Namizədin sağlamlıq vəziyyəti imtahan zalında iştirak üçün qənaətbəxş olmadıqda, psixi və emosional pozğunluqdan əziyyət çəkdikdə namizədə imtahan binasında deyil, öz ünvanında və ya xəstəxanada imtahan keçirilməsinə icazə verilə bilər.