• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1464
— 22.01.2020 11:03

Porsche GTS indeksli Cayman və Boxster medellərini təqdim edib

Porsche şirkəti 718 Cayman və 718 Boxster modellərini GTS 4.0 modifikasiyasında təqdim edib. Kupe və rodster 400 at qüvvəsi hasil edən altısilindrli mühərrik və mexaniki ötürmələr qutusu ilə təklif edilir. Porsche 718 Cayman GTS 4.0 və Boxster GTS 4.0 modelləri 100 km/saat həddini 4,5 saniyəyə toplayırlar. Onların maksimal sürəti 293 km/saat həddində məhdudlaşdırılıb. GTS 4.0 indeksli modelləri qara rəngli 20-düymlük təkər diskləri, eksteryer və interyerin Qara rəngli tərtibat elementləri, 20 mm azaldılmış klirens, havalandırmalı əlyəc mexanizmlərinə və qırmızı supportlar sayəsində ayırd etmək olar.

Hər iki yeni məhsul üçün, elektronika ilə idarəedilən amortizatorları olan PASM asqısı, gücə gərək olmadıqda iki sıranın silindrlərini növbə ilə söndürülməsini təmin edən adaptiv silindr idarəetmə sistemi, həmçinin standart təchizata daxil olan və idarələnən çəpərciklərə malik olan idman buraxılış sistemi daxildir.

Qoşulan PSM Sport rejimi və arxa differensialın mexaniki kilidlənməsinə malik olan fırlanma anını paylaşdırması sistemləri ilə birlikdə çalışan  Porsche Stability Managment (PSM) sistemi də kupe və rodsterin standart təchizatına daxil edilib.