Bu gün UTECA-da "açıq qapı" günü keçirilib. İmtahandan öncə valideynlərlə görüş olub, onları maraqlandıran suallar cavablandırılıb. Daha sonra imtahana start verilib, prosesin gedişatı valideynlər, repetitorlar və media nümayəndələri tərəfindən izlənilib. Gürcüstanın Gəncədəki Baş konsulu Nikolaz İaşvili də imtahanın şəffaflığına əmin olmaq üçün auditoriyalarda olub. Semestr imtahanlarında iştirak edəcək 2618 tələbədən, 135 nəfəri magistr, 2483-ü isə bakalavrlardır. İmtahanda verilən sullar tələbələrə 1 ay əvvəldən təqdim olunur və onlar müvafiq proqram əsasında hazırlaşaraq imtahanda iştirak edirlər. İmtahan zamanı hər hansı xoşagəlməz hal olarsa, İmtahan Komissiyası, universitetin qaynar xətti və ya rəsmi sosial şəbəkə hesabına müraciət etmək mümkündür.
- Baxış: 438