• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1937
— 21.01.2020 11:02

GMC Yukon modeli də yeniləndi

Şimali Amerikada Chevrolet modellərinin daha bahalı versiyalarını istehsal edən GMC markası yeni nəsil Yukon modelini təqdim edib.

Yukon Denali üst modifikasiyası ilk dəfə olaraq çoxsəviyyəli arxitekturaya malik olan ön panelə sahib olub. Bununla birlikdə, yeganə fərq dizayndadır - mərkəzi konsoldakı idarəetmə bloku, cihazlar paneli və multimedia sisteminin displeyi sadə versiyalarda olduğu kimidir. Yukon Denali modelinin interyer tərtibatında premium materiallardan - əsl dəri və ağacdan istifadə edilir. Bundan başqa, oforuder genişləndirilmiş standart avadanlıq siyahısına malikdir.

GMC Yukon mühərrik çeşidinə üç aqreqat daxildir. Ofrouder 360 at qüvvəsi və 519 Nm fırlanma anı hasil edən 5.3-litrlik, həmçinin 426 at qüvvəsi və 623 Nm fırlanma anı hasil edən 6.2-litrlik benzin mühərrikləri, eyni zamanda, 281 at qüvvəsi və 623 Nm fırlanma anına malik olan Duramax dizeli ilə təklif edilir. Bütün mühərriklər 10-pilləli avtomatik transmissiya ilə tandemdə çalışırlar. Standart olaraq Yukon modeli arxa ötürmə ilə təchiz edilir. Tam ötürmə - opsiyadır.

 Modelin Şimali Amerika bazarındakı satışlarına yayda başlanılacaq.