• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1711
— 20.01.2020 17:25

“Kirayə ev, ancaq qızlar üçün”. Bəs oğlanlar?

KepezTV Player

Yəqin ki, çoxunuz küçədə, dükanda “qızlar üçün kirayə ev”, “kirayə ev ancaq qızlar üçün” və s. kimi elanlara rast gəlmisiniz. Bəli, qızlar üçün kirayə ev tapmaq elə də çətin olmur. Çünki mənzil sahiblərinin əksəriyyəti evini qızlara verməyi üstün tutur. Oğlan tələbələr isə sərfəli qiymətə yaşayış yeri tapmaqda əməlli-başlı çətinlik çəkirlər. 

Evlərin kirayəsi ilə məşğul olan Arif Məhərrəmov də ev sahiblərinin evlərini kirayə verərkən əsasən qızlara üstünlük verdiyini deyərək, buna səbəb isə qız tələbələrin daha məsuliyyətli olmalarını göstərir. Hər il Gəncəyə tələbə axını davam edir və demək olar ki, bütün oğlan tələbələr bu problemlə üzləşir. Və bundan sonra da üzləşəcək kimi görünür. Tək çarə qalır yenə tələbə yataqxanalarına. Onun da sayı şəhərdəki universitetlər üzrə qənaət edəcək qədər deyil.