1990-cı ilin 20 yanvarında baş verən hadisələr müstəqillik tariximizdə xalqımızın cəsarətini əks etdirən parlaq səhifələrdən biri kimi xarakterizə olunur. Böyük şücaəti ilə seçilən Azərbaycan xalqı mərdlik və igidlik nümayiş etdirərək adını qəhrəman xalqlar sırasında daha da möhkəmləndirməyi bacardı. Hansı ki, bunu müxtəlif dövrlərdə, qanlı-qadalı döyüşlərdə bizim babalarımız da sübut etməyi bacarıb. Elə qəhrəmanlıq simvoluna çevrilməklə. Az sonra, keçid alacağımız reportajın qəhrəmanı, II Dünya Müharibəsi iştirakçısı Qüdrət Cəfərov kimi.
1941-ci ildən 1945-ci ilədək döyüşlərdə müharibə yolu keçib 100 yaşlı Qüdrət Cəfərov. Nümunəvi əsgər olub. Həm də yaralılara ilkin tibbi yardım da göstərib. Kapitan rütbəsinə qədər yüksələn Qüdrət baba qarşılaşdığı hadisələrdən belə bəhs edir.
Qüdrət baba və onun kimi qorxmaz azərbaycanlı əsgərlər yaşından asılı olmayaraq, öz hünərini göstərməyə hər zaman hazır olub.
100 yaşlı müharibə veteranı kimi döyüş yolu keçib vətəninə və xalqına xidmət edənlərin bu günki gənclər üçün örnək olacaq, deyiləcək sözləri çoxdur. Çünki müharibə şəraitində yaşayırıq, torpaqlarımız işğal altındadır və hər zaman azadlıq əmri gözləyən gəncin müdrik sözünə, ağsaqqal məsləhətinə ehtiyacı var.
Ulu öndər Heydər Əliyev II Dünya Müharibəsi veteranlarını ölkəmizin "qızıl fondu" adlandırıb. Onlardan maddi və mənəvi dəskət bu gün də əsrgənilmir. Müharibə veteranları kimi şəhid ailələri də daim dövlətin qayğısı ilə əhatələnib.
- Baxış: 397