• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1897
— 20.01.2020 17:38

Gəncədə 20 Yanvar faciəsi anılıb

KepezTV Player

Gəncədə ölkənin müstəqilliyi və suverenliyi uğrunda həlak olan şəhidlərin xatirəsi ehtiramla yad edilib. Əvvəlcə Şəhidlər Xiyabanının girişində "Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə itkin düşmüş şəxslərin xatirəsinə" inşa edilən, üzərində 90 nəfərin adı yazılan abidənin açılışı olub, önünə güllər qoyulub. Ardından şəhər ictimaiyyətinin nümayəndələri tərəfindən Şəhidlər Memorial Kompleksi Abidəsi önünə əklil və gül dəstələri qoyulub. Şəhidlərin ruhuna dualar oxunub. Saat 12-də avtomobillər, yanğınsöndürən maşınlar vasitəsi ilə səs siqnalları verilib, şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Mərasim iştirakçıları şəhid məzarlarını ziyarət ediblər. Şəhər rəhbərli şəhid ailələri ilə görüşüb, onların problemləri ilə maraqlanıb.Gəncədə 20 Yanvar faciəsi anılıb. Gəncədə ölkənin müstəqilliyi və suverenliyi uğrunda həlak olan şəhidlərin xatirəsi ehtiramla yad edilib. Əvvəlcə Şəhidlər Xiyabanının girişində "Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə itkin düşmüş şəxslərin xatirəsinə" inşa edilən, üzərində 90 nəfərin adı yazılan abidənin açılışı olub, önünə güllər qoyulub. Ardından şəhər ictimaiyyətinin nümayəndələri tərəfindən Şəhidlər Memorial Kompleksi Abidəsi önünə əklil və gül dəstələri qoyulub. Şəhidlərin ruhuna dualar oxunub. Saat 12-də avtomobillər, yanğınsöndürən maşınlar vasitəsi ilə səs siqnalları verilib, şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Mərasim iştirakçıları şəhid məzarlarını ziyarət ediblər. Şəhər rəhbərli şəhid ailələri ilə görüşüb, onların problemləri ilə maraqlanıb.