• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2241
— 20.01.2020 16:07

"Qırmızı Kitab"a düşən maralları satmaq istəyən şəxs saxlanılıb

KepezTV Player

Qəbələdə adı “Qırmızı Kitab”a düşən maralları satmaq istəyən şəxs saxlanılıb.Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında rayonun Vəndam qəsəbəsində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Zaqatala rayon sakini Hacıömər Abbasovun idarə etdiyi “İveco” markalı yük avtomobili saxlanılıb. Avtomobilin yük yerinə baxış keçirilən zaman oradan adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na düşən 2 baş maral aşkar edilib. Sürücü H. Abbasov şübhəli şəxs qismində saxlanılıb. O, ifadəsində həmin maralları Zaqataladan Qəbələ rayonuna satmaq məqsədilə gətirdiyini bildirib.Polis əməkdaşları tərəfindən həmin marallar Şahdağ Milli Parkına təhvil verilib.