• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1834
— 20.01.2020 11:28

Bir nəfər ölüb, yeddi nəfər yaralanıb

KepezTV Player

Göyçay-İsmayıllı avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib. Qəza Kürdmaşı və Qaraməryəm kəndləri arasında qeydə alınıb. Şəki-Bakı marşrut xətti üzrə hərəkət edən "Ford Tranzit" markalı sərnişin mikroavtobusu qarşıdan gələn "VAZ 21099" markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində "VAZ 21099"un sürücüsü, 41 yaşlı Malik Kərimov hadisə yerində ölüb, 7 nəfər sərnişin – 24 yaşlı Rauf Həsənov, 63 yaşlı Nazim Süleymanov, 21 yaşlı Ruslan Neymanzadə, 27 yaşlı Türkanə İsrafilli, 41 yaşlı Tərlan İsmayılov və adı hələ naməlum iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Əraziyə FHN-nin xilasediciləri və polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.