KepezTV Player
9 ay əvvəl İranın cənubundan səyahətə çıxan iranlı turist Gəncəyə çatıb.Məhəmməd Əmiri Rudan İranın Bəndər-Abbas şəhərindəndir. O, ötən ilin may ayında İranın cənubundan dünya səyahətinə çıxıb. Doqquz ay sonra Azərbaycana çatan iranlı turistin yolu Gəncədən düşüb. Rudan dəvəsi hamilə olduğundan və vaxt itkisinə görə müsahibə verməsə də dedi ki, Gəncənin tarixi haqqında çox eşidib, lakin bu şəhəri heç vaxt görməyib. Azərbaycana qədəm qoyduğu gündən isə əhali onu səmimiyyətlə, qonaqpərvərliklə qarşılayıb. İranlı turist Azərbaycandan keçməklə Avropaya getmək niyyətindədir. Avropa səyahətindən sonra isə o, Mərkəzi Amerika, Avstraliya və Afrika ölkələrini də görmək istəyindədir.
- Baxış: 718