Gəncədə Seçki hüquqlarının pozulmasına dair müraciətlərə baxılmasına həsr olunan seminar keçirilib. 36 seçki dairəsindən 108 ekpertin iştirak etdiyi seminarda seçki hüququnun əsas konstitutsion huquqlardan biri olduğu, bu hüququn pozulması və aradan qaldırılması üçün əsas təminatın vətəndaşların şikiyat hüququnun olmasına diqqət çəkilib. Seçki Komissiyalarında da bu şikayətlərə baxılması üçün 3 nəfər, Mərkəzi Seçki Kokissiyalarında isə 9 nəfərdən ibarət ekspert qrupunun yaradıldığı vurğulanıb. Həmin ekspert qrupları şikayətləri ilkin olaraq araşdırır və onu müvafiq komissiyanın müzakirəsinə çıxarır. Qanunun tələbləri pozulduğu aşkarlanarsa adiyyatı üzrə tədbirlər görülür.
Bəxşeyiş Əsgərov Mərkəzi Seçki Komissiyasının üzvü:Müasir dövrdə qanunvericiliyin tələbləri bir daha ekspert qruplarının üzvləri ilə müzakirə olunsun, keçmiş seçkilərdə olan təcrübə mübadiləsi aparılsın. Növbədi seçkilərdə əgər seçki pozuntu halları olarsa qanunun tələblərinə uyğun ədalətlə obyektiv araşdıra bilsin ki, son nəticədə seçicilərimizin namizədlərin hüquqları bərpa olunmuş olsun.
- Baxış: 430