• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1095
— 18.01.2020 16:30

İtkin düşən soydaşlarımızın adları əbiləşdirilir

KepezTV Player

Gəncənin Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda itkin düşən 89 nəfərin adı əbədiləşdirilib. Belə ki, xiyabanın girəcəyində hündürlüyü 2 m 50 sm, eni isə 4 m 50 sm olan mərmər qranitin üzərinə itkin düşənlərin ad, soyad və atasının adları yazılan lövhə qoyulub. Artıq xatirə abidəsində son tamamlama işləri gedir və ətrafında yaşıllıq salınır. Abidənin açılışı isə 20 yanvar şəhidlərinin anım günündə olacaq. Ümumilikdə isə Şəhidlər xiyabanında 376 şəhidin, həmçinin 5 nəfər Azərbaycanın Milli Qəhrəmanının və Gəncənin ilk qadın şəhidi Sevda Cabbarovanın məzarları var. Məzarlardan 49-u isə naməlumdur. Xiyabanda 20 yanvar hüzn gününə hazırlıq işləri də aparılır.

Ələddin Hüseynov Nizami rayon Bələdiyyəsinin şöbə müdiri: 20 yanvar ilə əlaqədar şəhidlər xiyabanında ciddi işlər gedir. Sökülmüş, dağılmış yerlər təmir olunur,  abadlıq təmizlik işləri aparılır. Abidənin isə burda qoyulmasında məqsəd ondan ibarətdir ki, qəbirstanlığa girən əhalinin birinci bunu görəcək. Burada ərazi bütövlüyündə itkin düşənlərin adları yazılıb.