• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1763
— 18.01.2020 16:29

Şəhid ailəsinə baş çəkilib

KepezTV Player

20 yanvar hadisəsinin 30-cu il dönümü ərəfəsində Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri şəhid ailəsinə baş çəkiblər. 20 yanvar şəhidi Valeri Baqdanovun anasına ərzaq yardımı edilib, sovqat verilib, onun gündəlik qayğıları ilə maraqlanılıb. Görüşdə vətən qarşısında borcunu qəhrəmanlıqla yerinə yetirərkən şəhid olan Vətən övladlarının xatirəsi anılıb. Dövlətin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan bəhs olunub. Onların xatirəsinin daim əziz tutulduğu vurğulanıb. 20 yanvar tarixinin milli qürur və qəhrəmanlıq günü kimi yad edildiyinə diqqət çəkilib.

Valentina Boqdanova 20 yanvar şəhidinin anası:Bu il övladlarımızın qətlindən 30 il ötür. Bu müddət ərzində çox nəsil yetişib. 20 Yanvar çox dəhşətli hadisə idi. Mən heç vaxt istəmərəm ki, bu təkrarlansın. Daim sülh olsun, qoy uşaqlar yaşasın, xoşbəxtlik olsun. Və heç vaxt analar ağlamasın.