KepezTV Player
Gəncə boksçusu Rüfət Hüseynov kişilərdən ibarət Azərbaycan milli komandasının tərkibində Tailanda yollanıb. Umberto Dominqesin rəhbərlik etdiyi yığma təlim-məşq toplanışının növbəti mərhələsini bu ölkədə keçirəcək. Hüseynov kubalı məşqçinin yığmaya təyinatının ilk günlərindən onun etimadını qazanıb. Rüfət Bakıda keçirilən ardıcıl iki toplanışda komandanın heyətində yer alıb. O, Yeniyetmələrin Yay Olimpiya Oyunlarının qalibi, Avropa çempionatının bürünc mükafatçısı və Rio-de-Janeyro Olimpiadasının iştirakçısıdır. 23 yaşlı dəri əlcək ustası əvvələr 49 kq-da döyüşsə də, indi çəkisini 52 kq-a dəyişib. Qeyd edək ki, boksçuların Tailand toplanışı yanvarın 25-dək davam edəcək.
- Baxış: 1838