• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2216
— 17.01.2020 16:21

"Niva" ağaca çırpıldı, ölən var

KepezTV Player

Gəncədə ölümlə nəticələnən ağır yol qəzası baş verib. Hadisə şəhərin Nizami rayonu, Cavad bəy Rəfibəyli küçəsində qeydə alınıb. Yüksək sürətlə hərəkət edən "Niva" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. Nəticədə bir nəfər ölüb, dörd nəfər ağır yaralanıb. Sürücü - 16 yaşlı Şahin Hacıyevin sıxılmış vəziyyətdə qalan meyiti Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri tərəfindən deformasiyaya uğramış avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Yaralılardan biri - 17 yaşlı Hüseyn Yunisli Gəncə Şəhər Təcilli Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Ona sol qulaq seyvanının əzilmiş, çapılmış yarası, boyunun əzilməsi, sol dirsək və topuq nahiyəsinin əzilmiş, sıyrılmış yarası diaqonozu qoyulub. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.