• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1316
— 17.01.2020 12:21

Gəncədə cinayət başında yaxalanan narkotacir polisə müqavimət göstərdi

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları kriminal aləmə meyilli  şəxsə qarşı əməliyyat keçiriblər. Əməliyyat zamanı şübhəli şəxs polis əməkdaşlarına müqavimət göstərib. Təhülkəsizlik kameralarında anbaan görüntülənən əməliyyat tədbiri barədə növbəti videomatarialda.

Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinə şəhər sakini, 34 yaşlı Əli Məmmədovun narkotik vasitələrin qanunsuz dövriyyəsi, silah-sursat daşıması ilə bağlı əməliyyat  məlumatı daxil olub. Əli Məmmədovun şəhər ərazinsindəki yeri müəyən edilib. O, idarə etdiyi avtomobillə birlikdə saxlanılıb. Baş Polis İdarəsinə gətirilən zaman Məmmədov polis əməkdaşlarının qanuni tələblərinə riayət etməyərək, hadisə yerindən qaçmağa meyl edib və asayiş keşikçilərinə müqavimət göstərib.  Nəticədə bir nəfər polis əməkdaşı yüngül xəsarət alıb.

Polisin sayıqlığı nəticəsində şübhəli şəxs saxlanılaraq Baş Polis İdarəsinə gətirilib. Onun üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd sellofan bükülüdə 1.2 qram çəkidə psixotrop maddə hesab edilən “metamfetamin” götürülüb. Ə. Məmmədova məxsus “Nissan-Maxima” markalı avtomobildən isə  soyuq silah hesab edilən 2 ədəd iri ölçülü bıçaq və xəncər,  1 ədəd nömrəsi silinmiş tapança, həmin silaha aid 5 ədəd patron,  bir ədəd sandıqca və 1 ədəd  sellofan bükülüdə çəkisi 9.5 qram “metamfetamin”aşkar olunub. Davam etdirilən tədbirlərlə Ə. Məmmədovun avtomobilindən düşüb qaçan şəxsin şəhər sakini, əvvəllər məhkum olunmuş 34 yaşlı Kamran Rzayev  olması müəyyən edilib.

Bəkir Qarayev - Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin rəisi: Araşdırmalar zamanı Əli Məmmədovun  tanışı Rzayev Kamran Əli oğluna narkotik vasitə satdığı müəyyən olunub. Gəncə şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Rzayev Kamran Əli oğlu saxlanılaraq Baş Polis İdarəsinə gətirilib. Əli Məmmədovun satdığı narkotik vasitə onun üzərindən aşkarlanaraq götürülüb.

Araşdırmalar zamanı Əli Məmmədovun bir müddətdir narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu, Ağcabədi və Bərdə rayonlarında əldə etdiyi narkotik vasitələri Gəncə şəhərində satdığı müəyyən edilib. Hazırda Məmmədovun narkotik vasitələri əldə etdiyi mənbənin müəyyənləşdirilməsi istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.