Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı, Ombudsman Gəncə Regional Mərkəzinin dəstəyi ilə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan “Qan yaddaşımız!” adlı maarifləndirici tədbir təşkil olunub. Hər il qanlı yanvar faciəsinin ildönümünün respublikamızda və dünyanın müxtəlif ölkələrində həmvətənlərimiz tərəfindən ürək ağrısı ilə qeyd olunduğuna diqqət çəkilib. Bununla yanaşı 20 yanvar hadisələrinin xalqımızın qəhrəmanlıq tarixində əhəmiyyətli yer tutduğu dilə gətirilib. Tədbirdə erməni təcavüzkarlarının törətdikləri vəhşiliklərin də yaddaşlardan heç zaman silinməyəcəyinə, Azərbaycan xalqına qarşı soyqırımı, bəşəriyyətə, insanlığa qarşı törətdikləri qanlı cinayətləri də pisləyiblər. Tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gənclərin rolu xüsusi vurğulanıb.
- Baxış: 387