KepezTV Player
Azərbaycandan xaricə gedən yüklərin həcmi artır və artacaq. Qeyri-neft sektorumuz artır, qeyri-neft ixracımız keçən il 14 faiz artıbdır. Ancaq bizim bir çox yüklərimizi xarici şirkətlər daşıyır. Bu da onunla bağlıdır ki, Azərbaycanda yük daşımalarında istifadə edilən avtomaşınlar, tırlar yerli şirkətlər tərəfindən az təmin olunur. Ona görə bu məsələyə də diqqət yetirmək lazımdır. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəni qəbul edərkən deyib. Dövlət başçısı ölkədə taksi xidmətinin hansı səviyyədə olması ilə maraqlanıb, bəzi şəhərlərdə avtobus nəqliyyatının köhnəlməsindən danışıb.
- Baxış: 324