• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1771
— 15.01.2020 18:40

Göygöldə nasos stansiyasının gücü artırılıb

KepezTV Player

Göygöl Suvarma Sistemləri İdarəsi tərəfindən suvarmanı tələb olunan səviyyədə həyata keçirmək üçün nəzərdə tutulan tədbirlərin icrası davam etdirilir. Melioratorlar əkin sahələrini normal su ilə təchiz etmək üçün mövcud qurğuları yeniləyir. Aşıqlı kəndində əsaslı təmir edilən nasos stansiyası da illərdir su sarıdan mövcud olan çətinlikləri aradan qaldıracaq.

Ötən il Göygöl rayonunun müxtəlif kəndlərində 7 yeni subartezin quyusu qazılıb. Bununlada rayonda mövcud artezianların sayı 284-ə çatıb. Bundan başqa suya olan ehtiyacı ödəmək üçün 10 nasos stansıyası da mövcuddur ki, onlar da vaxtaşırı yenidən qurulur. Əaslı şəkildə yenilən Aşıqlı nasos stansiyasının da gücü 5 dəfəyə qədər artırılıb.

Xəyal Bağırov - Göygöl Suvarma Sistemləri İdarəsinin mühəndisi: Əvvəlcə nasosun gücü 30 hektar sahəni suvarmaq üçün nəzərdə tutulmuşdu. İndi təmir bərpa işlərindən sonra suvarılan sahələr 150 hektara çatdırılacaq. Bundan başqa Göygöl Suvarma Sistemləri İdarəsi Çaylı kəndində 400 hektar ərazinin suvarılması üçün 1 kilometr uzunluğunda qapalı boru kəməri çəkib.

Əsas məşğuliyyətləri əkinçilik və heyvandarlıq olan Aşıqlı sakinləri nasos stansiyasının əsaslı təmirini böyük sevinclə qarşılayıblar. Bu daha çox əkin aparıb bol məhsul götürmək üçün əlavə imkanlar yaradıb.

Qubat Əliyev - Aşıqlı kənd icra nümayəndəsi: Bunun istismara verilməsi Aşıqlı kəndində təxminən 100 evin həyatyanı sahəsinin suvarılmasına yardım edəcək. Buda kənd camaatını çox sevindirir. Çox sağolsunlar çox minnətdarıq. Bundan əlavə yol kənarlarında əkin sahələri yol kənarında əkilən ağacların suvraılmasında çox böyük rol oynayacaq.

Yasin  Ələsgərov – sakin: İçməli suya olan ehtiyacımız tam ödənilir. Amma suvarma suyuna olan təlbatımız demək olar ki, ödənmirdi. Bu nasosun istifadəyə verilməsi bizim suvarma suyuna olan ehtiyacmızı tam ödəyəcək.

Aşıqlı nasos stansıyasının açılış mərasimində çıxış edənlər Göygöl rayonunda suvarmanın yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıblar. Dozular və Çaylı kəndlərində yeni dövriyyəyə qoşulan əkin sahələrinin su təminatını həyata keçirmək üçün tədbirlərin davam etdirildiyi vurğulanıb. Bundan başqa cari ildə rayonun müxtəlif kəndlərində daha 11 yeni subaratezian quyusunun qazılması da nəzərdə tutulur.

Natiq Hüseyn