• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2166
— 15.01.2020 12:19

“QAZ-3110” “Ford”a çırpılıb, xəsarət alanlar var

KepezTV Player

Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası baş verib. Bakı-Qazax yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində Muğanlı kənd sakini, 41 yaşlı Ayaz Sadıqov “QAZ-3110” markalı avtomobillə Gəncə istiqamətində hərəkətdə olarkən qarşısında hərəkətdə olan, 39 yaşlı Gəncə sakini Fərid Cəfərovun sürdüyü “Ford” tranzit markalı mikroavtobusa çırpılıb. Nəticədə “Ford” yoldan çıxaraq aşıb. Hər iki sürücü və “Ford”un sərnişini Gəncə sakini 41 yaşlı Mikayıl Cavadzadə ağır bədən xəsarəti alıblar. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya Şöbəsinə yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.