• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1227
— 15.01.2020 12:13

Avtomobil su kanalına düşüb, ölən və yaralananlar var

KepezTV Player

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. İmişli-Cəfərli-Əliqulular avtomobil yolunun 3-cü kilometrliyində, Cəfərli kəndi ərazisində Yalavac kənd sakini, 32 yaşlı Zaur Mirzəyev "VAZ-2106" markalı avtomobilin idarəetməsini itirib. Maşın yoldan çıxaraq su kanalına aşıb. Nəticədə sürücü və sərnişini, Cəfərli kənd sakini, 32 yaşlı Nicat Məmmədov suda boğulub. Avtomobildə olan digər 2 sərnişin Yalavac kənd sakinləri - 26 yaşlı Elvin Mustafayev və 29 yaşlı Eldəniz Mehdiyev xəsarətlərlə İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırmalara başlanılıb.