• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 763
— 14.01.2020 10:31

Dairəvi formada telefon təqdim edilib

"CES 2020"  beynəlxalq sərgisində "ağıllı" ev, süni intellekt, 5G, qatlama maşınları, nəzarət texnologiyası, robototexnika ilə bağlı minlərlə yeni məhsul təqdim edilib. Sərgi iştirakçılarının böyük marağına səbəb olan qurğular arasında dairəvi formada hazırlanmış yeni mobil telefon daha çox diqqət çəkib.

Smartfon istehsalçıları simsiz qulaqlıqlardan istifadəni təbliğ etməyə çalışsalar da, bu Amerikan startapı daha "həssas" və iki qulaqlıq yuvasına sahib forma yarada bilib.

"Cyrcle Phone" adlı mobil cihaz yuvarlaq formada olmaqla iki qulaqlıq yuvasına malikdir.

Layihənin hazırlıq prosesinə 2015-ci ildə başlanılıb. İstehsalçılar dairəvi telefonu təxminən bir il sonra kütləvi satışa çıxarmağı planlaşdırırlar.

Qeyd edək ki, cihaz bu il "CES 2020" sərgisində nümayiş olunan ən qəribə məhsullardan biri hesab edilir.